24
May
Azərbaycan Hüquqşünaslar Forumunun Sədrlər Şurasının yeni tərkibi formalaşdırıldı
Posted under: Xəbərlər by admin
May ayının 21-də “Qanun” jurnalının redaksiyasında Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda AHF-nin Sədrlər Şurasının yeni tərkibi formalaşdırılıb və icraçı direktoru seçilib.
İdarə heyəti üzvləri iclasda iştirak edən bütün üzvlərin, habelə, üzrlü səbəbdən iclasda iştirak edə bilməyən Qurban Məmmədovun AHF-nin Sədrlər Şurasına namizədliyinin irəli sürülməsi təklifini səs çoxluğu ilə qəbul ediblər. İdarə heyəti üzvlərindən Müzəffər Baxışov, Selcan Məmmədli, Aynur Cəfərova və Anar Qasımov öz namizədliklərini geri götürüblər. Nəticədə, Sədrlər Şurasına aşağıdakı üzvlərin namizədliyi irəli sürülüb:Leyla Mədətli
Əsabəli Mustafayev
Lətifə Əliyeva
Türkel Süleymanlı
Günel Quliyeva
Elçin Sadıqov
Xalisə Şahverdiyeva
Qurban Məmmədov.
Gizli səsvermənin nəticələrinə uyğun olaraq, AHF-nin Sədrlər Şurasının yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Türkel Süleymanlı
Əsabəli Mustafayev
Xalisə Şahverdiyeva
Lətifə Əliyeva
Günel Quliyeva
Qurban Məmmədov
Leyla Mədətli.
Bundan sonra Sədrlər Şurası AHF-nin icraçı direktorunu seçib. Bu vəzifəyə Aynur Cəfərovanın namizədliyi irəli sürülüb və o, yekdilliklə həmin vəzifəyə təsdiqlənib.
İclasda həmçinin AHF-yə üzvlüklə bağlı müraciətlərə baxılıb və quruma yeni üzvlər qəbul olunub.
İclasın sonunda İdarə Heyətinin üzvü Anar Qasımov İdarə Heyəti üzvlüyündən istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, İdarə Heyətinin 25 üzvünü AHF-nin Ümumi Yığıncağı gizli səsvermə yolu ilə 1 il müddətinə seçir. İdarə Heyəti isə eyni qaydada və eyni müddətə öz üzvləri arasından Sədrlər Şurasının 7 üzvünü seçir. AHF-nin Sədrlər Şurasının son tərkibində İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Rəşid Hacılı, Əlövsət Əliyev, Şahbaz Əliyev (Xuduoğlu) və Əyyub Kərimov təmsil olunurdular.
AHF-nin İdarə Heyətinin may 4-də keçirilən toplantısında həmin seçkili orqanın 8 üzvü – İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Əlövsət Əliyev, Rəşid Hacılı, Şahbaz Xuduoğlu, Əyyub Kərimov və Vüqar Xasayev (o cümlədən ehtiyat siyahıda yer alan Namizəd Səfərov) İdarə Heyəti üzvlüyündən istefa vermişdilər. Onlar bu addımı AHF-nin aprel ayının 24-də keçirilən III Ümumi yığıncağında İdarə Heyətinə seçilmələrinin, eyni şəxsin iki dəfədən artıq idarə orqanlarına seçilməsini qadağan edən Nizamnaməsinin tələblərinə zidd olması ilə əlaqələndirmişdilər.
AHF-nin Nizamnaməsinə əsasən, istefa verən üzvlərin yerini İdarə Heyətinin ehtiyat siyahısındakı şəxslər əvəz etmişdi.
lawyersforum.az
Anar Elman oğlu Qasımov: 